Xəbərlər

BIHE - “TPICO” holdinqi zəngin məhsul çeşidini təklif edir

“TPICO” holdinqi zəngin məhsul çeşidini təklif edir

20.09.2016

Xəbərlər

Şirin Purnurmohammədi,

“Zahravi Pharmaceutical” şirkətinin klinik təcrübə və farmakoloji nəzarət rəhbəri

– “Zahravi Pharmaceutical” şirkəti İranda farmakoloji məhsul, dərman vasitələri və qida əlavələrinin iri istehsalçısı olmaqla yanaşı, farmakoloji preparat, aralıq məhsul, aktiv tərkibli maddələr, tibbi avadanlıqlar və digər dərman vasitələrinin qablaşdırılması, topdan və pərakəndə satışı ilə məşğul olan “Tamin Pharmaceutical Investment Company” (“TPICO”) holdinqinə daxil olan otuz şirkətdən biridir. Holdinq öz məhsullarını dünyanın 50-dən artıq ölkəsinə ixrac edir.

Biz artıq ikinci dəfədir ki, Bakıda keçirilən “BIHE 2016” sərgisində iştirak edirik. Biz Azərbaycan bazarı ilə sıx əlaqələr qurmaq niyyətindəyik. “TPICO” holdinqi burada ölkənin səhiyyə nazirliyi ilə yaxın gələcəkdə dərman zavodunun açılması ilə əlaqədar danışıqlar aparır. Bu, İran-Azərbaycan birgə müəssisəsi olacaq.

Bizim kompleks stendimizdə “TPICO” holdinqinin demək olar ki, bütün şirkətləri öz məhsulları ilə birlikdə təqdim edilib və biz gələcəkdə şirkətimizi Azərbaycanda təmsil edə biləcək dərman vasitələri distribyutorlarını stendimizdə görməkdən məmnunuq. Çünki biz  məhsullarımızın sizin ölkənizə ixrac olunmasına maraq göstəririk. Bu, həmçinin iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirməyə imkan verəcək və peşəkar təcrübə və məlumat mübadiləsi üçün lazımı şərait yaradacaqdır.

Biz sərginin ilk saatlarından etibarən stendimizə yaxınlaşan, peşəkar dialoqlarda iştirak edən və İranda istehsal edilmiş dərman vasitələri ilə maraqlanan ziyarətçilərin fəallığını hiss edirik.


Tərəfdaşlar