Mətbuat açıqlaması

BIHE - “BIHE 2017” sərgisi çərçivəsində həkimlər üçün konqres

“BIHE 2017” sərgisi çərçivəsində həkimlər üçün konqres

21.09.2017

Mətbuat açıqlaması

28-29 sentyabr tarixlərində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi çərçivəsində ilk dəfə olaraq həkimlər üçün bu günün ən aktual mövzularını açıqlayan konqres keçiriləcək. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olacaq.

Konqresdə Uzm. Dr. Erkin Rəhimov - pediatr, Dr. Vəfa Qurbanova – mama-ginekoloq, Dr. Raksana Aliyeva, Dr. Emil Hidayətli - dietoloq, Dr. Aleksey Belozerov, Dr. Sevda Katibli – həkim-psixiatr, Dr. Professor Fikriyə İbrahimli, Dr. Anna Veqen, Dr. Nataliya Moiseyeva – həkim-dermatoloq, dermakosmetoloq çıxış edəcəklər.

Konqres bütün həkimlər üçün açıq olacaq və gündəmdə olan mövzular daha dəqiq olaraq: “Yeni doğulmuşlarda sarılıq”, “Qadın sağlamlığının müxtəlif dövrlərində magneziumun əhəmiyyəti”, “Ultrasəs muayinəsində ən son yeniliklər və imkanlar”, “Diet proqramlarında ən çox təkrarlanan səhvlər. Diyet proqramların uğursuzluqlarının və itirilmiş kiloların geri qayıtmasının əsas səbəbləri. Yo-Yo effekti”, “Fərdi dietoloji proqramları hazırlamaq üçün bir proqram-aparat kompleksində 4 klassik diaqnostik metoddan istifadə zamanı yarımavtomat çarpaz təhlil metodikası”, “Depressiyanın diaqnostikası və müalicəsi üzrə müasir aspektlər”, “Bioloji təbabət nədir?”, “Almaniyanın Essen şəhərində yerləşən Müqəddəs Elizabet adına çoxprofilli akademik xəstəxananın iş təcrübəsi – tibbi inkişaf, işin keyfiyyəti, humanizm. Beynəlxalq pasientlər üçün tibbi xidmət imkanları”, “Gözəlliyin inkişafı. Üzün orta 1/3 hissəsi gəncliyin əsasıdır. Üzün orta 1/3 hissəsinin “3D” modelləşdirilməsi. Dolğu və tredliftinqin köməyi ilə burun və yanaqların skulpturizasiyası və əməliyyatsız plastikası” müzakirə olunacaq.



Tərəfdaşlar