Mətbuat açıqlaması

BIHE - BIHE 2017 peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün ideal platformadır

BIHE 2017 peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün ideal platformadır

27.09.2017

Mətbuat açıqlaması

28-30 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində 23-cü Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2017” sərgisi keçiriləcək və bununla “Iteca Caspian” şirkətinin payız sərgi mövsümünə start verəcəkdir. Artıq neçənci ildir ki, sərgi tibb müəssisələrinin əməkdaşları, müasir tibbi avadanlıqların təchizatçıları və əczaçılar arasında peşəkar əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün platforma olmaqla yanaşı, Azərbaycanda səhiyyə sisteminin daha da səmərəli olmasına kömək edir. “BIHE” sərgisi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.

Bu il sərgidə dünyanın 19 ölkəsini təmsil edən 104 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Almaniya, Belarus, Çin, Hindistan, İtaliya, İran, İsveçrə, Litva, Polşa, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələr yer alır. Sərgidə ilk dəfə olaraq Özbəkistan şirkətləri də iştirak edir. Bu il Belarus Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü ilə ölkənin potensialını Azərbaycan bazarında nümayiş etdirmək məqsədi ilə sərgidə Belarusun 8 əsas dərman zavodu iştirak edir. Daha bir milli stendi ilə Rusiya Federasiyasının Voronej vilayəti təmsil olunacaq və burada Voronej vilayətinin tibb sektorunun potensiali göstəriləcək.  Sərgidə xarici şirkətlərlə yanaşı, nəhəng dünya istehsalçılarının tərəfdaşı olan tibbi avadanlıqların aparıcı yerli distribütorları da iştirak edəcək. Yerli distribütorlar arasında “BTL Industries”, “Labservis”, “Planeta” və digər şirkətlər yer alır. Bu il debütantlar arasında Azərbaycanın yaxın gələcəkdə istismara veriləcək bir sıra zavodları da var, belə ki, iki yerli dərman istehsalçısı - “Caspian Pharmed” və “Hayat Pharm” zavodları, eləcə də birdəfəlik şpris istehsalı sahəsində ixtisaslaşan “Diamed Co” zavodu birgə stendlə çıxış edirlər.

“BIHE 2017” sərgisinin eksponentləri tibbi və laboratoriya avadanlıqları, əməliyyat masaları üçün avadanlıqlar, plastik cərrahiyyə üçün lazer avadanlıqları, tibbi alətlər, eləcə də birdəfəlik rezin tibb əlcəklərini təqdim edirlər. Ekspozisiyanın təxminən yarısını müxtəlif farmakoloji preparatlar, eləcə də farmakologiya sektoru üçün avadanlıqlar təşkil edir.

Builki sərginin fərqləndirici cəhəti təşkilatçılar tərəfindən hazırlanmış geniş işgüzar proqram olacaq. Belə ki, sərgi çərçivəsində 28-29 sentyabr tarixində Bakı Ekspo Mərkəzində Həkimlər üçün Konqres keçiriləcəkdir. Konqres səhiyyənin müxtəlif sahələrində çalışan aparıcı həkimlərin iştirakı ilə bir neçə panel müzakirəsindən ibarət olacaq. Konqresdə Dr. pediatr Erkin Rəhimov, Dr. mama-ginekoloq Vəfa Qurbanova, Dr. sonoloq Raksana Aliyeva, Dr. diyetoloq Emil Hidayətli, Dr. Aleksey Belozerov, Dr. həkim-psixiatr Sevda Katibli, Dr. Professor Fikriyə İbrahimli, Tibb elmləri doktoru Anna Veqen, Dr. həkim-dermatoloq, dermakosmetoloq Nataliya Moiseyeva çıxış edəcəklər.

Konqres çərçivəsində neontologiyanın aktual problemləri, ultrasəs müayinəsi və depressiyanın müalicəsindən bəhs olunacaq, estetik tibbin müasir pəhriz metodları üzrə təqdimatlar keçiriləcəkdir (konqresin sonunda sertifikatlar təqdim olunacaq). Həkimlər saytda qeydiyyatdan keçməklə sərgiyə sərbəst daxil ola bilərlər. 

Sərginin ikinci iş günündə təşkilatçılar tərəfindən eksponentlər, habelə yerli istehsalçı və distribütorlar arasında “B2B” formatlı görüşlər keçiriləcək və bu görüşlər bazar iştirakçıları arasında birbaşa görüş və danışıqlar üçün səmərəli işgüzar platformaya çevriləcəkdir. “B2B” formatlı görüşlər artıq ikinci dəfə keçirilir və sərgi iştirakçılarına yerli şirkətlərlə səmərəli işgüzar əlaqələr qurmaqda, ziyarətçilərə isə öz distribütor şəbəkələrini genişləndirməkdə köməklik göstərmək üçün nəzərdə tutulub.

“BIHE” sərgisi ilə paralel daha iki tədbir - 12-ci Azərbaycan Beynəlxalq “Stomatologiya” “Stomatology Azerbaijan 2017” və 11-ci Azərbaycan Beynəlxalq  Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2017” sərgiləri keçiriləcək.

Beləliklə, 3 gün ərzində “BIHE” və “Beauty Azerbaijan” sərgiləri tərəfdaşların, eləcə də həkimlərin görüş yerinə çevriləcək, yeni əməkdaşlıq kanallarının yaradılmasına kömək edəcək və bazarı qiymətləndirmək, perspektiv müqavilələr imzalamaq və investisiya cəlb etmək üçün əla imkan yaradacaqdır. Bütün Azərbaycanı təmsil edən mütəxəssislər sərginin gedişatında xarici və yerli şirkətlərin məhsulları ilə şəxsən tanış olmaq və təklif olunan yeni məhsulları qiymətləndirmək imkanı əldə edəcəklər. Həkimlər üçün Konqresdə əldə edilmiş yeni biliklər və təcrübə mübadiləsi ölkədə ixtisaslaşdırılmış tibbi yardımın keyfiyyətini yüksəltməyə və estetik tibbin inkişafına kömək edəcəkdir.

Sərgi xəbərlərini veb-saytından, eləcə də sərgilərin sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz. Sərgiyə uşaqlarla gəldiyiniz zaman, onları “Aqil və Bilgi” şirkətinin nümayəndələrinə etibar edə bilərsiniz. Siz sərgi iştirakçıları ilə görüşlər keçirərkən, həmin peşəkar şəxslər uşaqlarınızı faydalı və maraqlı əyləncə növləri ilə məşğul edəcəklər. 2017-ci ildə “Iteca Caspian” şirkətinin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər) yer alır. Sərginin təşkilatçıları qismində “Iteca Caspian” və onun böyük britaniyalı tərəfdaşı “ITE Group” şirkətləri çıxış edirlər.



Tərəfdaşlar