29.09.2017
İqor Paseçnik, “Alfleth” şirkətinin məsləhətçi-meneceri
- İsveçrənin “Alfleth” şirkəti Azərbaycanda keçirilən beynəlxalq “Səhiyyə” sərgisinini daimi iştirakçısıdır. Biz bu gün dünya səhiyyə sənayesində istifadə olunan tibbi alətlər, diş implantları və digər metal hissələrin müasir istehsal texnologiyalarını təqdim edirik. Şirkətimiz bir çox müasir istehsal üslubuna malikdir: diş implantları, sümük şurupları, çanaq-bud oynaqları, enddiprotezlər və s. Biz bütün texnologiyanın təchizini əvvəldən axıra kimi nəzarətdə saxlayırıq – sifarişçi öz maddi və coğrafi imkanlarından asılı olaraq, bu və ya digər sahəni seçə bilər və biz də öz növbəmizdə lazımı texnologiyanı seçərək işlə salınmasını və işçilərin təlimini həyata keçiririk.
Biz istehsal fəaliyyətinə (məs.: Elizarov aparatları və ya sümük bərpası üçün aparatlar kimi ən sadə avadanlıqdan tutmuş ən mürəkkəb avadanlıqların istehsalına) başlamaq istəyən və buna imkanı olan özəl müəssisələri əməkdaşlığa dəvət edirik. ). Biz müştərilərimizi 10 ilə və ya daha uzun müddət ərzində məhsullarımız üzrə lazımı texniki dəstək xidmətləri ilə təmin edirik.
Sevindirici haldır ki, sərgiyə öz işinin peşəkarları da gəlir və məqsədyönlü şəkildə əməkdaşlıq əlaqələri qurmağa çalışır. Bir çoxları “Alfleth” şirkəti ilə artıq tanışdır və bura məhz bizimlə görüşmək üçün gəlir. Arzu edərdik ki, gələcəkdə travmatoloji və dental tibb sektoru da sərgidə daha geniş təmsil olunsun.